NAMAZ VAXTLARI:
  • FƏCR 03:46
  • GÜN 05:27
  • ZÖHR 12:47
  • ŞAM 20:26
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 294
DİQQƏT! Bu yollarda hərəkət məhdudlaşdırılacaq

DİQQƏT! Bu yollarda hərəkət məhdudlaşdırılacaq

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı-Ələt avtomobil yolunun Azneft dairəsi – Bayıl dairəsi arasında yerləşən hissəsində (hər iki istiqamətdə) və Lökbatan-Qobu-Hökməli avtomobil yoluna yeni üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.

"İslaminSesi.info" bildirir ki, Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, bu məqsədlə, sözügedən yollar boyu axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti tam və ya qismən məhdudlaşdırılıb.

 

Sürücülərin diqqətinə çatdırırıq ki, Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır. Bu məqsədlə avtomobillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılıb.

 

Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system