NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 125
Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

Dağıstana işləməyə gedən azərbaycanlılar qəzaya düşdü: 2 ölü, 10 yaralı

Dağıstanın şərqində yerləşən İzberbaş şəhərində içərisində azərbaycanlıların olduğu “QAZel” və minik avtomobili toqquşub. Nəticədə, 2 nəfər ölüb, 10 azərbaycanlı yaralanıb

İslaminSesi xəbər verir ki, qəza ilə bağlı Rusiya mətbuatı məlumat yayıb.

 

Hadisə “Qafqaz” federal avtomobil yolunda baş verib. Dağıstan Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilir. Digərləri isə yüngül dərəcəli xəsarətlər alıblar. Onların arasında azyaşlı yoxdur.

 

“Yaralılardan ikisi müalicə üçün Mahaçqalaya göndərilib. Digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar”, - deyə məlumatda qeyd olunur.

 

Qəzaya düşən azərbaycanlıların Dağıstana işləməyə gəldikləri bildirilir. /virtualaz.org/

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system