NAMAZ VAXTLARI:
  • FƏCR 04:22
  • GÜN 05:52
  • ZÖHR 12:45
  • ŞAM 19:55
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 104
Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 62 nəfər ölüb

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 62 nəfər ölüb

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.

 

İslaminSesi bildirir ki, Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, 2018-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 6814 təbii və texnogen mənşəli hadisələr qeydə alınıb. Bu da 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 1446 hadisə və ya 27% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 62 nəfər ölüb, 118 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 54 nəfər xilas edilib, 1047 nəfər təxliyə olunub.

 

Bu ilin I yarımilliyi ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 6690 çıxış edilib. Yanğın hadisələri zamanı 54 nəfər ölüb, 86 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 19 nəfər və ya 54% coxdur, xəsarət alanlar üzrə 12 nəfər və ya 12% azdır.

 

2018-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 37 partlayış hadisəsi baş verib. Bu 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 10 hadisə və ya 21% azdır. Partlayışlar zamanı 8 nəfər ölüb, 32 nəfər xəsarət alıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system