İSLAM

Oxundu: 305
Bu gün Məbəs Bayramıdır – Allah Rəsulunun (s) peyğəmbərliyə seçildiyi gün

Bu gün Məbəs Bayramıdır – Allah Rəsulunun (s) peyğəmbərliyə seçildiyi gün

Hicri-qəməri ili ilə, bu gün rəcəb ayının 27-si müqəddəs "Məbəs" və ya “Besət” günüdür.

İslamisSesi.info - Hicri-qəməri tarixi ilə rəcəb ayının 27-si islam tarixində Allah rəsulu Məhəmməd ibni Abdullaha (s) ilk dəfə ilahi vəhyin nazil olduğu və onun peyğəmbərliyə seçildiyi gündür.

 

 Məhz, həzrəti Məhəmməd (s) Hira mağarasında ibadətlə məşğul olarkən Allahın əmrləri və qanunları vəhy formasında ona bugünkü tarixdə nazil olub. Tarixi hədislərə görə, islam peyğəmbərinə ilk vəhy nazil olan gün onun 40 yaşı olub.

 

 İslam peyğəmbəri Həzrəti Muhəmmədin(s) peyğəmbər olaraq göndərilməsi Allah Təala tərəfindən insanlar üçün ümumbəşəri bir rəhmətdir. Ümumbəşəri olması onun İlahi tərəfindən bütün bəşər üçün gəlməsi və bəşərin bütün ehtiyaclarının ödənməsində yol göstərən olmasındadır.

 

 İmam Cavad (ə) məbəs barəsində buyurur: “Rəcəb ayında elə bir gecə vardır ki, günəşin saçdığı hər şeydən daha üsütündür. O Rəcəb ayının 27-ci gecəsidir. Onun sabahı gün Peyğəmbər (s) məbus olmuşdur.”

 

Bu gün sonuncu peyğəmbərin (s) seçilməsi ilə yanaşı sonuncu dinin də təyin edildiyi gündür. Mütəal Allah İslam dinini son din olaraq seçmiş, insanı İslamla şərəfləndirmişdir. İslam dini və bu dinin peyğəmbəri (s) dinlərin sonuncusu, peyğəmbərliyin xitamıdır. Quranı Kərim İslam peyğəmbərini (s) aşkar şəkildə, heç bir təfsir və açıqlamaya ehtiyac duymadan nəbilərin sonuncusu adlandırıb:

 

 Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir! (Əhzab-40).

 

 Din içtimai varlıq olan insanın həm fərdi, həmdə içtimai ehtiyaclarını ödəmək üçündür. İnsanın fərdi tərəfi onun etiqadı, təfəkkürü, əxlaqı və dünya görüşünü və bir sıra yönlərini əhatə edir. Əgər bu insani dəyərlər tovhiddən (dindən) və peyğəmbər nurundan ( əxlaqından) faydalanarsa o zaman insan daha üstün bir dəyərə sahib olmuş olur.

 

 Üstün dəyərə sahib olan keyfiyyətli fərdlərdən təşəkkül tapmış cəmiyyət əsl həqiqətəndə keyfıyyətli bir cəmiyyətdir.

 

Yaşar Nuriyev

 

 

 

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system