NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

İSLAM

Oxundu: 348
Bu gecə niyyət axşamıdır – Ramazan ayının niyyətini necə edək?

Bu gecə niyyət axşamıdır – Ramazan ayının niyyətini necə edək?

Ramazan ayının niyyətini necə edək?

İslaminSesi.info -  xəbər verir ki, hicri-qəməri təqvimi ilə bu gün şaban ayının 29-dur. Sabah böyük ehtimalla mübarək Ramazan ayının biridir.

 

 Hər halda sabahkı gündə oruc tutmaq ona görə yaxşıdır ki, oruc tutanın qəzası olacaq təqdirdə qəza hesab edilər. Amma həmin gün Ramazanın biri olarsa, öz əda (hazırki) orucunu tutmuş olacaq. (Ayın üfüqdə görünməsinə bağlıdır)

 

Ramazan ayı əsasən orucluq ayı kimi tanınır. Çünki Mütəal Allah bu ayda öz bəndələrindən gücü çatanlara , xəstə olmayanlara və səfərdə olmayanlara oruc tutmağı vacıb edib.


Bu ayınin ilk əməli niyyətdir. Bütün işlər niyyətə bağlı olduğu kimi oruc tutmaq və ya orucluğa başlamaq da niyyətlə olur. İnsanın niyyəti dilinə gətirməsi, yaxud niyyət üçün hansısa bir xüsusi əməl etməs lazım deyil. Hətta Allah Təalanın əmrinə tabe olmaq niyyəti ilə gün ərzində orucu pozan işlərdən çəkinməsi kifayət edir. Yəni sübh azanından məğrib əzanına qədər orucu pozan əməlləri icra etməsin və niyə etmədiyinin səbəbini də bilsin.



Ramazan ayının əvvəlində, mən də Inşaallah bu ayda oruc tutacağam, deməsi kifayət edir. Bunun özü elə ramazan ayı niyyətidir. Yaxud sübhdən məğribə qədər orucu pozan bir iş gorməməsi kifayət edir.



İnsan istəsə niyyəti dilə də gətirə bilər. Yaxud hər günün niyyətini də ayrı-ayrılıqda edə bilər. Bu gün oruc olacam deməsi, yaxud gün ərzində ramazan ayına görə orucu pozan işlərdən çəkinməsi kifayət edir:

 

Sual: 

1 - Ramazan ayının orucunun niyyəti necə olmalıdır?

 

Cavab:

İnsan bütün ibadətlərini gərək niyyətlə yerinə yetirsin. Belə ki yeyib, içməkdən və orucu batil edən bu kimi işlərdən Allah Təalanın göstərişinə uyğun olaraq çəkinsin. Bunu bu cür bilməsi və qərar verməsi kifayətdir. Dilə gətirməsi lazım deyil. 

 

 

Yaşar Nuriyev

 

 

 

 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR İSLAM XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system