NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 416
Bəşər Əsəd tezliklə bu müsəlman dövlətinə səfər edəcəyini açıqlayıb

Bəşər Əsəd tezliklə bu müsəlman dövlətinə səfər edəcəyini açıqlayıb

Bəşər Əsəd 2011-ci ildən bu tərəfə ilk dəfə olaraq bir müsəlman dövlətinə səfər edir. Bu müddət ərzində o yalnız Rusiyaya səfər etmişdi.

İslaminSesi.info xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd əl-Aləm telekanalına verdiyi müsahibədə ölkədə baş verən proseslər haqda geniş məlumatlar verib.

 

Suriya ilə İranın ötəri deyil, strateji tərəfdaş olduğunu bildirən Bəşər Əsəd tezliklə Tehrana səfər edəcəyini bəyan edib.

 

Prezident, İranın və Hizbullahın Suriyadan və ya Suriyanın cənubundan çıxarılması haqda iddia edilən anlaşmaların, Tehrana qarşı beynəlxalq bir media propaqandası olduğunu da diqqətə çatdırıb.

 

O əlavə edib ki, İranla Suriyanın əlaqələri o qədər stratejidir ki, beynəlxalq siyasi bazardakı alış verişlərin fövqündədir.

 

Bəşər Əsəd bu müsahibəsində ölkənin cənubundakı Dəra və Qunaytara əyalətlərinin mühüm qismlərinin terrorçulardan azad edilməsi yolları haqda da danışıb. O bildirib ki, hazırda masa üzərində bu qruplaşmalarla sülh anlaşması əgər olmazsa hərbi yollar seçimi var.  Prezident həmçinin əlavə edib ki, Suriya hökumətinin bu bölgədəki qruplaşmalarla danışıqlarına ABŞ və İsrail ciddi maneələr yaradırlar.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system