NAMAZ VAXTLARI:
  • FƏCR 04:19
  • GÜN 05:50
  • ZÖHR 12:45
  • ŞAM 19:58
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 406
Bəşər Əsəd Fransanın ona verdiyi şərəf ordenini geri qaytarıb

Bəşər Əsəd Fransanın ona verdiyi şərəf ordenini geri qaytarıb

ABŞ-ın qulu olan, terror qruplaşmalarını dəstəkləyən və BMT üzvü olan ölkəyə hücum edən rejimin ordenini taxmaq Əsədə şərəf deyil.

Suriya Respublikasının prezident lideri Bəşər Əsəd 2001-ci ildə Parisə səfəri zamanı prezident Jak Şirak tərəfindən ona verilmiş "Fəxri legionun Böyük xaçı ordeni" mükafatını Fransa hakimiyyətinə geri qaytarıb.

 

İslaminSesi.info TASS-a istinadla xəbər  verir ki, bu barədə cümə axşamı Suriya dövlət başçısının dəftərxanasının yaydığı bəyanatda bildirilir. 

 

Məlumatda deyilir ki, Napoleonun vaxtından Fransa Respublikasının fərqlənmə dərəcəsi ən yüksək olan orden Parisin maraqlarını müvəqqəti olaraq təmsil edən Rumıniya səfirliyinə verilib. Qərar Fransanın aprelin 14-də ABŞ və Britaniya ilə birgə Suriyaya qarşı hərbi təcavüzdə iştirak etməsinə cavab olaraq alınıb.

 

Dəməşqdə bildirilir ki, Əsəd üçün ABŞ-ın qulu olan, terror qruplaşmalarının dəstəkləyən və BMT üzvü olan ölkəyə hücum edən rejimin ordenini taxmaq şərəf deyil. 

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system