NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 185
Bərdədə qatar traktoru vurub, 3 nəfər xəsarət alıb, birinin ayaqları amputasiya olunub - YENİLƏNİB

Bərdədə qatar traktoru vurub, 3 nəfər xəsarət alıb, birinin ayaqları amputasiya olunub - YENİLƏNİB

Bərdədə qatarla traktorun toqquşması nəticəsində 3 nəfər xəsarət alıb.

"İslaminSesi.info"  xəbər verir ki, xəsarət alanların traktorda olan Bərdə rayonu Nazırlı kənd sakinləri - 1975-ci il təvəllüdlü Bağırov Zabil Vəli oğlu, onun qardaşı, 1969-cu il təvəllüdlü Bağırov Qabil Vəli oğlu və Şatırlı kənd sakini, 1988-ci il təvəllüdlü Quliyev Fəxri Tofiq oğlu olduğu bildirilir.

 

Traktorun sürücüsü olan Z.Bağırovun ayaqları amputasiya olunub.apa

 

 

 

***

 

Bərdədə qatar traktoru vurub. Hadisə Bərdədə məcburi köçkünlər üçün salınmış qəsəbə ərazisində baş verib.

Qəza zamanı traktorun qoşqusunda olan sərnişinlərdən xəsarət alanların olduğu bildirilir. Xəsarət alanlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system