NAMAZ VAXTLARI:
  • FƏCR 03:43
  • GÜN 05:21
  • ZÖHR 12:37
  • ŞAM 20:12
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

SOSİAL

Oxundu: 616
Belə halla iyundakı imtahanlardan sonra da abituriyentlərin intiharı qaçılmaz olacaq

Belə halla iyundakı imtahanlardan sonra da abituriyentlərin intiharı qaçılmaz olacaq

Azad İsazadə: “İyunda keçiriləcək növbəti imtahanlardan sonra , yenidən intihar hadisələrinin olacağı istisna edilmir”

 

İntihar hər zaman bəşəriyyətin baş bəlası olub. Kimi bunu iradə zəifliyi, kimi xəstəlik, kimi də  ruhi pozğunluqla əlaqələndirib. Səbəb nə olursa-olsun, nəticə insan həyatının sona yetməsidir. Üstəlik bu həyatı bizə bəxş edən uca Allah deyil, özümüz sonlandırırıq və beləliklə də böyük günah etmiş oluruq. İntihar, bu hadisəyə sürükləyən səbəblər və çıxış yolları haqda dəfələrlə danışılsa da, ümumbəşəri bəlanın qarşısı alınmır. Əksinə hər gün intihar edənlərin sayı daha da artır. Statistikaya nəzər salsaq Azərbaycanda da intihar hallarının artdığını müşahidə edə bilərik. Bu statistikanı Sumqayıtda bir gün ərzində iki azyaşlının intihar etməsi faktı təsdiqləyir. Hər iki yeniyetmə  imtahandan uğurlu nəticə əldə edə bilmədiyi üçün intihar edib.

 

Bəs görəsən bu bəladan yaxa qurtarmağın bir yolu varmı?. Ümumiyyətlə  intiharın qarşısını almaq üçün hər hansı bir mexanizm mövcuddur?.

 

İslaminSesi mövzunu psixoloq Azad İsazadə ilə müzakirə edib. Psixoloq bildirib ki, iki ildir Azərbaycanda abituriyentlərə iki şans verilir. Yəni  bu iki gəncin bir aydan sonra yenidən imtahan vermək şansı vardı: “ Deməli onların depressiv vəziyyəti o qədər ağır idi ki, bir ay dözə bilmədilər. İyunda keçiriləcək növbəti imtahanlardan sonra , yenidən intihar hadisələrinin olacağı istisna edilmir”.

 

Azad İsazadənin sözlərinə görə, bu cəmiyyətin problemidir: “ Ali savad almaq bizdə vacib hala çevrilib. Lazım oldu-olmadı hər kəs diplom almağa çalışır. Ailə, qohum-tanış və  cəmiyyətin təzyiqi altında yeniyetmələr elə düşünürlər ki, ali təhsil almasalar həyat bitəcək. Yaşamağın mənası olmayacaq. Bu səbəbdən də onlar faciəvi addım atırlar”.

 

Psixoloq bildirib ki, ilk növbədə valideynlər, qohum-tanışlar, dostlar uşaqları fərqli şəkildə hazırlamalıdırlar. Onlar izah etməlidirlər ki, imtahandan kəsilmək həyatın sonu demək deyil. Yenidən hazırlaşıb ali məktəbə qəbul olmaq mümkündür: “ Sözsüz ki, zəif iradəli, həssas, emosional insanlar, dözmürlər və bu cür addımlar atırlar. Ona görə də, bu məsələ ilə psixoloqlar, valideynlər ciddi məşğul olmalıdırlar”.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SOSİAL XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system