NAMAZ VAXTLARI:
  • FƏCR 03:43
  • GÜN 05:21
  • ZÖHR 12:37
  • ŞAM 20:12
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 232
Bayılda evlərin dağılmasının ilkin səbəbi açıqlandı

Bayılda evlərin dağılmasının ilkin səbəbi açıqlandı

Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində evlərin dağılmasına səbəb ilkin ehtimala görə yamacın antropogen yüklənməsi ola bilər.

"İslaminSesi.info" -nın məlumatına görə, bunu sürüşmə ərazisində olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyanın dəstə rəisi Rafiq Həsənov deyib.

 

O qeyd edib ki, hazırda hadisənin səbəbi ilə bağlı araşdırma aparılır:

 

"Kanalizasiya xətlərindən sızmalar ərazinin geologiyasını təşkil edən süxurların yuyulmasına təsir edib. İlkin rəy budur. Hazırda araşdırmalar davam etdirilir. Buna birmənalı olaraq sürüşmə hadisəsi demək olmaz. Antropogen təsirlərdən qrunt aşınıb".

 

Qeyd edək ki, mayın 15-də saat 20 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeraltı proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman 2 fərdi yaşayış evi tam, 2-si isə qismən dağıntılara məruz qalıb. Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

 

Buxta küçəsindəki təhlükə yaranmış ərazidən ümumilikdə 22 ailə (55 nəfər) köçürülüb, əraziyə nəzarət olunması üçün polis postları qoyulub, xəsarət alan yoxdur. Ərazidə araşdırmalar aparılır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system