NAMAZ VAXTLARI:
  • FƏCR 03:43
  • GÜN 05:21
  • ZÖHR 12:37
  • ŞAM 20:12
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 98
Bayılda evləri dağılan ailələrə verilən maddi yardım hesablara köçürüldü

Bayılda evləri dağılan ailələrə verilən maddi yardım hesablara köçürüldü

Bayıl sürüşmə zonasında evləri dağılan 6 ailə üçün təyin olunan birdəfəlik maddi yardım artıq hesablara köçürülüb.

"İslaminSesi.info" report-a istinadən xəbər verir ki, ailə başçıları günortadan sonra həmin vəsaitləri müvafiq bank hesabınlarından çıxara bilərlər.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Səbail rayonu, Bayıl yaşayış sahəsində yerləşən Cənubdərə adlanan ərazidə fevralın 10-da baş vermiş lokal torpaq sürüşməsi nəticəsində evi əşyaları ilə birlikdə dağılaraq yaşayış üçün tam yararsız vəziyyətə düşən, ümumi sahəsi 306 kvadrat metr olan 4 fərdi yaşayış evinin, həmçinin bir hissəsi dağılaraq yaşayış üçün yararsız vəziyyətə düşmüş ümumi sahəsi 182 kvadrat metr olan 2 fərdi yaşayış evinin sahiblərinə evin bir kvadrat metri üçün 700 manat və hər bir evdə yararsız vəziyyətə düşmüş ev əşyaları üçün 1500 manat olmaqla ümumilikdə 347 min 600 manat məbləğində birdəfəlik maddi yardım ödənilib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system