NAMAZ VAXTLARI:
  • FƏCR 03:38
  • GÜN 05:18
  • ZÖHR 12:37
  • ŞAM 20:16
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 345
Bayılda dörd ev dağılıb, 22 qəzalı evin sakinləri köçürülüb

Bayılda dörd ev dağılıb, 22 qəzalı evin sakinləri köçürülüb

Səbail rayon İcra Hakimiyyəti (RİH) Bayıldakı sürüşmə ilə bağlı məlumat yayıb.

"İslaminSesi.info" bildirir ki, İcra Hakimiyyətindən  verilən məlumata görə, mayın 15-də saat 20:00 radələrində Səbail rayonu, Bayıl yaşayış sahəsi, Buxta küçəsində yeralti proseslərin təsiri ilə torpaq sürüşməsi baş verib, bu zaman iki fərdi yaşayış evi tam, ikisi isə qismən dağıntılara məruz qalıb. 

 

Daha 20 fərdi ev də təhlükəli ərazidədir.

 

Qeyd olunmalıdır ki, bu ərazidəki mövcud yaşayış və digər tikililər hələ sovet hakimiyyəti illərində, əsas etibarilə keçən əsrin 50-ci illərində tikilib.

Onların əksəriyyəti bir mərtəbəli, möhkəm təməli olmayan, uzun illər istismar olunduğundan resursları tükənmiş evlərdir. Evlərin böyük əksəriyyəti Səbail Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system