NAMAZ VAXTLARI:
  • FƏCR 03:46
  • GÜN 05:27
  • ZÖHR 12:47
  • ŞAM 20:26
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 194
Banqladeş XİN başçısı - Myanmada müsəlmanların evləri yandırılaraq dağıdılır

Banqladeş XİN başçısı - Myanmada müsəlmanların evləri yandırılaraq dağıdılır

İslaminSesi.info-nun Anadolu-ya istinadla verdiyi məlumata görə, Banqladeş Respublikasının xarici işlər naziri Mahmud əli şənbə günü narizlik səviyyəsində təşkil olunmuş tədbirlərdən birində Rohinca müsəlmanlarının taleyi barədə açıqlama verib.

Mahmud Əli Banqladeş hökuməti ilə Mynama rəhbərliyi arasında 2017-nin noyabrında Rohinca müsəlmanlarının geri qaytarılması barədə müqavilənin imzalandığını xatırladaraq hazərda Myanmada müsəlmanların evlərinin dağıdıldığını, rohincaların doğma torpaqlarına geri qayıtsalar belə yaşayış yerlərinin olmayacağını bildirib.

 

“Noyabr ayında Myanmaya müqavilənin son variantını vermək üçün nazirlərlə xanım Suu Çi (Myanma XİN başçısı, Dövlət Rəhbərliyinin əsas naziri) ilə görüşməyə getdim. Burada Suu Çii mənə Myanma mənə ordusunun kəndlərin adını dəyişdirdiyini dedi. Dedilər ki, Banqladeşdəki Rohincaların məlumatlarını Myanmaya göndərəndə bu (kəndlərin adlarının dəyişdirilməsi), problem olmayacaq. Bu, bir problemdir, çünki bizə deyəcəklər ki, üzr istəyirik amma myanmada bu adda bir kənd yoxdur. Zatən, kəndlər fiziki mənada da darmadağın edildi".

 

Banqladeş XİN başçısı həmçinin "Dünən də Cenevrədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı ilə Rohnca müsəlmanlarının geri qayıdış prosesini üzərinə götürməsi üçün bir müqavilə imzaladıq", - deyə qeyd edib.

 

Myanma hökumətinin, Rohinca müsəlmanlarını "Benqallı" kimi göstərdiyini deyərək, bu xalqın illər ərzində Myanma ərazisində yaşadığını və bu iddiaların heç bir tarixi əsasının olmadığını bildirib.

 

Mahmud Əli, torpaqlarına qayıtmaq istəməyən rohincaları Banqladeşin cənub şərqindəki bir adaya yerləşdirməyi planlaşdırdıqlarını və adada yaşayacaq insanların masson yağışlarından əziyyət çəkməməsi üçün sığınacaqlar inşa edəcəklərini bildirib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system