NAMAZ VAXTLARI:
  • FƏCR 03:34
  • GÜN 05:16
  • ZÖHR 12:38
  • ŞAM 20:20
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 131
Balakəndə  2 problemli yol yenidən qurulur

Balakəndə 2 problemli yol yenidən qurulur

Balakən rayonunda cari ildə uzunluqları 54 km olan daha 2 kəndlərarası avtomobil yolunun yenidən qurulur.

"İslaminSesi.info"-nın  verdiyi məlumata görə, söhbət Balakən-Qazbinə-İtitala və Balakən-Hənifə-Gülüzanbinə avtomobil yollarından gedir.

 

Uzunluğu 29 km olan Balakən-Qazbinə-İtitala avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması 10 yaşayış məntəqəsinin 18 min əhalisinin ürəyincə olub. Çünki sözügedən avtomobil yolu istismar müddəti bitdiyi üçün xüsusən payız-qış mövsümündə vətəndaşların bu yolla hərəkətində müəyyən çətinliklər yaranırdı.

 

Balakən-Qazbinə-İtitala avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq bərpa olunur. Yolun hərəkət hissəsinin eni 6 m, çiyinlərin eni 2 m olmaqla ümumi eni 10 m təşkil edəcək.

 

8,5 min əhalinin yaşadığı 7 yaşayış məntəqəsini əhatə edən 25 km uzunluğundakı Balakən-Hənifə-Gülüzanbinə avtomobil yolu da 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Sözügedən yolun uzun müddət təmir olunmadan istismarı nəticəsində yolda çökmələr, deformasiyalar əmələ gəlmişdi.

 

Hər iki avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan vətəndaşların istər rayon mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxışını təmin etmək, yük və sərnişin daşımasını asanlaşdırmaqla kənd təsərrüfatının inkişafına təkan verməkdir.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system