NAMAZ VAXTLARI:
  • FƏCR 03:47
  • GÜN 05:28
  • ZÖHR 12:47
  • ŞAM 20:25
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 221
Bakının bəzi yerlərində niyə qaz yoxdur? - “Azəriqaz”dan cavab

Bakının bəzi yerlərində niyə qaz yoxdur? - “Azəriqaz”dan cavab

“Azəriqaz” İstehsalat Birliyi Bakının bəzi yerlərində qazın olmaması barədə sakinlərin şikayətlərinə aydınlıq gətirib.

"İslaminSesi.info" xəbər verir, Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev bildirib ki, Respublika ərazisində temperaturun aşağı düşməsi və havanın kəskin soyuması nəticəsində birliyin balansında olan kəmərlərdə qazın təzyiqi aşağı enib. “Bu isə müəyyən ərazilərdə mavi yanacağın verilişində çətinlik yaradıb. Şəbəkəyə verilən təbii qazın həcmi artırıldıqdan sonra Respublika üzrə tək-tək şikayətlər istisna olmaqla, bu gün mavi yanacağın verilişi ilə bağlı hər hansı məhdudiyyət, problem yaşanmır. Hazırda əməkdaşlarımız tərəfindən tənzimləmə işləri davam etdirilir. Tələbat artdıqca təbii qazın verilişi də artır. Ötən günlərlə müqayisədə aprelin 14-i və 15-i tarixlərində təbii qazın verilişində 2 milyon 800 kub metr artım olub”, - deyə qurum rəsmisi vurğulayıb.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system