NAMAZ VAXTLARI:
  • FƏCR 04:21
  • GÜN 05:51
  • ZÖHR 12:45
  • ŞAM 19:57
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 208
Bakıda zəncirvari yol qəzası oldu - Video

Bakıda zəncirvari yol qəzası oldu - Video

Bakının Səbail rayonu ərazisində yol qəzası baş verib.

İslaminSesi-nin APA-ya istinadən xəbərinə görə, avtoqəza Zərifə Əliyeva küçəsi ilə Bülbül prospektinin kəsişməsində qeydə alınıb.

Hadisə zamanı "VAZ 2121" (Niva) və "Daewoo" markalı minik maşınları toqquşub.

Bundan sonra hərəkətdə olan "KİA" markalı digər avtomobil də avtoqəzanın iştirakçısına çevrilib. Yol qəzası nəticəsində xəsarət alan olmayıb. Ziyan görən yalnız nəqliyyat vasitələri olub.

Əraziyə polis gəlib və müayinələr aparılıb. İlkin versiyaya görə, hadisə Bülbül prospekti ilə gedən "Niva" markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi səbəbindən baş verib.

 

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system