NAMAZ VAXTLARI:
  • FƏCR 04:19
  • GÜN 05:50
  • ZÖHR 12:45
  • ŞAM 19:58
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

ÖLKƏ

Oxundu: 299
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandan əvəzi İrana səfər edib

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandan əvəzi İrana səfər edib

Azərbaycan Hərbi Dəniz Qüvvələri komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti Tehran şəhərində keçirilən Hind okeanı sahili ölkələrinin Hərbi Dəniz Qüvvələrinin 6-cı simpoziumunda iştirak edir.

"İslaminSesi.info" bildirir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

 

Aprelin 25-dək davam edəcək simpoziumda dünyanın 35 ölkəsini təmsil edən donanma komandanları tərəfindən dəniz təhlükəsizliyi sahəsində əməkdaşlıq, regional dəniz problemləri və üzv dövlətlər arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə olunacaq.

 

Azərbaycan nümayəndə heyəti, həmçinin simpoziumla eyni vaxtda təşkil olunan Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələrinin komandanlarının 3-cü iclasında da iştirak edəcək. İclasda regional təhlükəsizliyin təmin edilməsi sahəsində qarşılıqlı fəaliyyətlərə dair fikir mübadiləsi aparılacaq.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR ÖLKƏ XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system