NAMAZ VAXTLARI:
  • FƏCR 04:19
  • GÜN 05:50
  • ZÖHR 12:45
  • ŞAM 19:58
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

SİYASƏT

Oxundu: 4641
Aviqador Libermanın Məhəmməd Salah təlaşı - Onu İsrail üçün satın almaq istəyirlər

Aviqador Libermanın Məhəmməd Salah təlaşı - Onu İsrail üçün satın almaq istəyirlər

İslaminSesi bildirir ki, son günlər dünya medaisında gündəm olan Məhəmməd Salah sürpriz şəkildə İsrailin müdafiə nazirinin simpatiyası ilə üzləşib.

 Tvitterdə bu barədə tvit atan Liberman belə deyib: "Bu dəqiqə müdafiə nazirliyi şurasının rəhbərinə zəng edərək Məhəmməd Salahın satın alınmasını istəyəcəm" 

 

Libermanın bu sözlərinə rəğmən Məhəmməd Salahın İsrail rejiminin futbol komandasında oynaması ehtimalı çox zəifdir.  Misir İsraillə barışıq edən 2 ərəb ölkəsindən biri olmasına baxmayaraq, xalq arasında İsrailə qarşı düşmənçilik və Fələstinə dəstək çox yüksəkdir. Hələ 2013-cü ildə Bazeldə oynadığı zaman Məhəmməd Salah Təl Əvivin komandası olan Maccabi oyunçuları ilə əl-ələ görüşməkdən imtina etmişdi. Ciddi sıxışdırılmadan sonra oyunun ikinci yarısında yumruq toqquşdurmaqla kifayətlənmişdi. Oyun zaman Maccabi azarkeşləri Məhəmməd Salahı fitə basmalarına baxmayaraq, o qolu uğurla vurmuşdu. 

 

2014-cü ildə bu oyunla bağlı açıqlama verən Məhəmməd Salah belə demişdi: "Klub mənə bu oyuna çıxmasam əgər uzaqlaşdırılacağamı söyləmişdi. Çox problem olacaqdı. Elə ona görə oyuna çıxdım və şükürlər olsun ki, qol vura bildim"

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR SİYASƏT XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system