DÜNYA

Oxundu: 154
Amerika Britaniya və Fransa Suriyaya təcavüzə başlayıb - Onların 20 raketi vurulub

Amerika Britaniya və Fransa Suriyaya təcavüzə başlayıb - Onların 20 raketi vurulub

Bu gün sübh saatlarından başlayaraq ABŞ, Britaniya və Fransanın silahlı qüvvələri dənizdən və havadan Suriyanın bir sıra əyalətlərində hərbi mövqelərə və elmi müəssisələrə qanadlı raketlərlə zərbələr endirməyə çalışıb.

İslaminSesi.info əl-Məyadin telekanalına istinadla xəbər verir ki, atılan 100 raketdən 20-i səmada ikən zərərsizləşdirilib.

 

Dəməşqin Bərza bölgəsində bir elmi müəssisə vurulub. ABŞ tərəfinin iddiasına əsasən burada kimyəvi maddələr labaratoriyası var imiş. Bina xəsarət alıb.

 

Homs əyalətində də bir neçə hərbi və elmi müəssisə hədəfə alınıb. Hücum əsasən 3 təcavüzkar ölkənin Aralıq dənizindəki hərbi gəmilərdəki qanadlı raketlər vasitəsilə həyata keçirilib.

 

CNN-in məlumatına görə, 3 ölkənin təyyarələri Türkiyənin İncirlik, Qətərin əl-Ədid, İordaniya və Kiprdəki hava limanlarından da istifadə ediblər.

 

Bundan öncə Britaniyanın baş naziri Suriyadakı hədəflərin kimyəvi obyektlərin olduğunu bildirmişdilər.

 

Pentaqon mənbələri artıq hücumun birinci mərhələsinin bəzi mənbələrə görə isə hücumun ümumiyyətlə bitdiyini deyiblər.

 

Təcavüzə baxmayaraq Dəməşqdə insanlar küçələrə çıxaraq bayram ediblər və ölkənin havadan müdafiə qüvvələrinin təcavüzə cavab verməsini alqışlayıblar.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system