NAMAZ VAXTLARI:
  • FƏCR 04:19
  • GÜN 05:50
  • ZÖHR 12:45
  • ŞAM 19:58
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

Oxundu: 476
AİP, Saatlı Rayon Komitəsinin sədri Hacı Məmmədağa Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib

AİP, Saatlı Rayon Komitəsinin sədri Hacı Məmmədağa Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib

Azərbaycan İslam Partiyası partiyanın Saatlı Rayon Komitəsinin sədri Hacı Məmmədağa Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib

"Azərbaycan İslam Partiyasının fəal üzvü, qurumun Saatlı Rayon Komitəsinin sədri Hacı Məmmədağa Əliyevi doğum günü-yaşının 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik. Hacıya bu əqidə yolunda 20 ildən artıq birgə addımladığı və İslam Partiyasının bütün üzvləri, qurumun idarə heyəti adından uzun və sağlam ömür arzulayır, Allahdan qardaşımıza iman kamuilliyi, davamlı və bərəkətli siyasi mübarizə yolu diləyirik.

Hacı Məmmədağa AİP sıralarında həqiqi, mübariz, sözünü deyən, əqidə yolundan heç zaman dönməyən və sağlam düşüncəyə malik İslamçı kimi tanınmışdır. Hakimiyyətin bir sıra basqı və təzyiqlərinə baxmayaraq partiyanın siyasi xəttindən, haqsızlığa, qanunsuzluğa, insan haqlarının pozulmasına qarşı mübarizə yolundan dönməmiş, qurumun mərkəzi aparatının bütün tapşırıqlarını ləyaqətlə yerinə yetirmişdir. O, siyasi dünyagörüşə və işgüzar təbiətə malik ziyalı kimi təmsil etdiyi bölgədə hörmət və nüfuz sahibidir.

Hacı Məmmədağa Əliyevin AİP-ə gəlişi heç də təsadüfi deyil. O, milli azadlıq hərəkatında iştirak etməklə partiyanın yarandığı ilk dövrdə qurum rəhbərliyinin bölgəyə səfəri zamanı diqqəti cəlb etmiş və yüksək etimad qazanmışdır. Mərhum Hacı Əlikram Əliyevin təkidi və tövsiyyəsi ilə M.Əliyev partiya sıralarına qoşulmuşdur. AİP-də siyasi fəaliyyətinin ilk günündən başlayaraq ətrafına çoxsaylı üzvlər və təəssübkeşlər cəlb edən Hacı Məmmədağa Əliyev partiyanın sosial bazasının əqidəsinə bağlı insanlarla zənginləşməsində böyük rola malikdir.

Hacı Məmmədağa Əliyevi bir daha doğum günü münasibətilə təbrik edirik. Ona bərəkətli ömür yolu, siyasi fəaliyyətində uğurlar diləyirik."

 

Haci İlham Əliyev, Azərbaycan İslam Partiyasının sədr əvəzi

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system