NAMAZ VAXTLARI:
  • FƏCR 03:46
  • GÜN 05:27
  • ZÖHR 12:47
  • ŞAM 20:26
  • GECƏ 00:00
BİZİMLƏ ƏLAQƏ:[email protected] +994 70 4240255
HAVA PROQNOZU:

DÜNYA

Oxundu: 403
ABŞ İrana qarşı müharibəyə başlayacaq - Sabiq CIA işçisi

ABŞ İrana qarşı müharibəyə başlayacaq - Sabiq CIA işçisi

Həqiqi bir təcrübəyə əsaslanaraq onu deyə bilərəm ki, mən bunları əvvəlcədən də yaşadım. Hökumətimiz yeni bir müharibə üçün əlverişli şərait yaradır.

İslaminSesi.info

 

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) "Terrorla Mübarizə" şöbəsində işləmiş Con Kyriaku "Consortium News " internet saytında dərc olunan məqaləsində, bu gün İranla müharibəyə başlamaq üçün iddia olunan əsasların 2003-cü ildə İraq üçün təqdim olunan əsaslarla eyni olduğunu bildirib. 

 

 

Məqalədə deyilir:

 

"MKİ-də 15 il işlədim. Bu müddət ərzində bir şey öyrəndiyimi düşünürəm. Federal bürokratiyanın necə işlədiyini öyrəndim. Hökumət daxilində, MKİ-də, ya da hökumətin digər strukturlarında oynanan kovboyçuluq siyasətini formalaşdırmada mühüm rola malik olduğunu gördüm. MKİ-nin qanunları sonuna qədər istifadə etdiyini, nəticələri nə olursa-olsun, nəticəyə uyğun strategiya müəyyən etmədən, düşünmədən müharibəyə girdiyini gördüm.   

 Bütün bunları 2002-ci ilin baharında, İraq müharibəsinə hazırlıq aparıldığı prosesdə öyrəndim. O prosesdə Pakistanda Əl-Qaidəyə qarşı işləyirdim. 2002-ci ilin May ayında MKİ qərargahına geri döndüyüm zaman mənə İraqda müharibəyə girmək qərarının aylar əvvəl Ağ evdə alındığı deyildi. Çox təəccübləndim və dediyim yeganə şey "amma biz binLadeni hələ tutmamışıq" demək oldu. "Qərar çoxdan alındı. Gələn il Fevral ayında İraqda döyüşə başlayacağıq və Səddam Hüseyni devirəcəyik. İraqın cənubunda dünyanın ən böyük hava bazasını quracağıq. Bunun üçün əvvəlcə Beynəlxalq Təhlükəsizlik Şurasına gedib beynəlxalq bir qərar gözlədiyimizi bəyan edəcəyik" cavabını aldım. Əslində, qərar çoxdan alınmışdı.

 Sonra ABŞ xarici işlər naziri Kolin müharibəyə dəstək toplamaq üçün Yaxın Şərq və Avropaya səfərlər etməyə başladı. "İraqın kütləvi qırğın silahları daşıdığı, buna görə İraqdakı rejimin devrilməlidir, beləliklə İraqın ABŞ üçün təhdid ünsürü olduğu xüsusunu Aİ-yə qaldırdı".

 Məsələ tamamilə yalan üzərində quruldu. Qərar qəbul olundu və sonra dəstək toplamaq üçün "həqiqətlər" yaradıldı. Eyni vəziyyət hazırda da yaşandığını düşünürəm. Çoxdan alınmışdı."

 

MKİ işçisi oyunun necə qurulduğuna dair açıqlamalarını belə davam etdirib:

 

"Əvvəla, Donald Tramp 2016-cı ildəki seçki kampaniyası prosesində davamlı olaraq özünün müştərək iş planından (İran nüvə müqaviləsi) ayrılacağını ifadə etdi. Bunu ötən çərşənbə axşamı günü müqaviləni pozaraq yerinə yetirdi. Müqaviləyə görə İran şərtləri yerinə yetirəcək, bu barədə yoxlanacaq və beləcə özünə tətbiq edilən sanksiyalar da qaldırılacaqdı. Əks fikirlər olsa da müqavilə uğurla həyata keçirilirdi. Yoxlama sistemi bənzər şəkildə müharibədən iki il öncə BMT tərəfindən İraqa da dirədilmişdi.

 Tramp prezident olduqdan sonra İran əleyhinə çıxışlarını daha da artırdı. İki mühüm mərkəzin başına İrana düşmənçiliyi ilə tanınan adları qoydu. MKİ Şefi Mike Pompeonu Xarici İşlər Naziri olaraq, BMT-nin sabiq nümayəndəsi Con Boltonu da Milli Təhlükəsizlik Müşaviri olaraq təyin etdi. Bu ikisi İranda hakimiyyətin dəyişməsinin lehinə olduqları davranışlarını heç vaxt gizlətmədilər.

 Əsl narahatlıq doğuran İrana qarşı qurulan İsrail, Səudiyyə, BƏƏ ittifaqıdır... İsrail baş naziri Benyamin Netenyahunun İranla bağlı planı açıqladığı çıxış, 15 Fevral tarixində Təhlükəsizlik Şurası qarşısında keçirilən və İraqda kütləvi qırğın silahlarının varlığından xəbər verilən çıxışa çox bənzəyirdi.

 Yəməndə Səudiyyənin rəhbərliyi altında açılan və əslində bir əvəz müharibəsi olan həmlənin mənəvi atası olan Səudiyyə vəliəhdi Məhəmməd bin Salman ABŞ və Fransaya uzunmüddətli bir səfər həyata keçirib. Bu səfərində İran təhlükəsindən bəhs etdi. Oxşar bəyanatlar BƏƏ və Bəhreyndən də edildi.

 Həqiqi bir təcrübəyə əsaslanaraq onu deyə bilərəm ki, mən bunları əvvəlcədən də yaşadım. Hökumətimiz yeni bir müharibə üçün əlverişli şərait yaradır. Bunun üçün Tramp əvvəlcə İran təhlükəsi haqqında hər gün müxtəlif bəyanatlar verəcək, İranın ABŞ üçün təhdid ünsürü olduğundan bəhs edəcək. Sonra Pompeo hərbi dəstək toplamaq üçün Yaxın Şərq və Avropaya gedəcək. ABŞ-ın BMT Nümayəndəsi Nikki Heyli Beynəlxalq Təhlükəsizlik Şurasının qarşısında Amerikanın özünü və müttəfiqlərini qorumaqdan başqa bir variantının olmadığı barədə bəyanat verəcək. Son dərəcədə isə müharibənin bir işarəsi olaraq Yaxın Şərqdə, Oman Dənizində və Körfəzdə təyyarə gəmiləri görüntülənəcək. Əslində hazırda gəmilər mövcuddur amma onlar daha çox gərginliyi qızışdırmağı hədəfləyir."

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system