DÜNYA

Oxundu: 937
ABŞ, Fransa və Britaniyanın Suriyaya hücumunu pisləyən və dəstəkləyən ölkələr

ABŞ, Fransa və Britaniyanın Suriyaya hücumunu pisləyən və dəstəkləyən ölkələr

İslaminSesi.info xəbər verir ki, ABŞ, Fransa və Britaniyanın hava və dəniz qüvvələri bu səhər saat 04:42-dən 06:10-dək Suriyaya havadan raket zərbələri endirib.

Rusiya açıqlayıb ki, Suriyaya ümumilikdə 100-dən artıq raket zərbəsi buraxılıb, onların yarıdan çoxu vurulub. Suriya höküməti zərbələr nəticəsində ölənlərin olmadığını, 3 nəfərin yaralandığını bildirib. Bundan əlavə 6 nəfər xəsarət alıb.

 

Hücum edildikdən sonra dünya ölkələri bir-birinin ardınca ABŞ, Böyük Britaniya və Fransanın bu hərbi əməliyyatına münasibət bildirməyə başlayıblar. İslaminSesi TASS-a istinadla hücuma mənfi və ya müsbət münasibət bildirən ölkələri təqdim edir. 

 

Hücumu pisləyənlər: İran, Rusiya, Kuba, Livanın "Hizbullah" təşkilatı, Belarus, Boliviya, Çin.

 

Hücumu dəstəkləyənlər: Kanada, Avstraliya, Türkiyə, sionist İsrail rejimi, Səudiyyə Ərəbistanı, Hollandiya, Danimarka, Yeni Zellandiya, Çexiya, Yaponiya, NATO təşkilatı, Qətər, Belçika, Almaniya, Avropa Birliyi təşkilatı, Ukrayna.

Ctrl+ Enter Mətndə səhv var? Onu seçin və "Ctrl+Enter" düyməsini basın

ŞƏRH YAZIN


DİGƏR DÜNYA XƏBƏRLƏRİ

BÜTÜN XƏBƏRLƏR
Orphus system